Çempionlar Liqasının finalı Kamp Nou da RƏSMİ

15.09.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqası 2028/29 mövsümünün finalı Barselona şəhərindəki yenilənmiş "Kamp Nou" stadionunda keçiriləcək.

Sportal.az xəbər verir ki, qərar bu gün UEFA tərəfindən rəsmi olaraq təsdiqlənib. "Barselona"nın ev oyunlarını keçirdiyi stadion Avropa klub futbolunun əsas matçına ev sahibliyi etmək uğrunda mübarizədə "Uembli"ni qabaqlayıb.

​Bu, "Kamp Nou"nun tarixində üçüncü Çempionlar Liqası finalı olacaq. Əvvəllər stadion turnirin həlledici matçlarına 1989 və 1999-cu illərdə ev sahibliyi edib. Final 30 ildən sonra Barselona qayıdacaq.

​2027/28 mövsümündə isə Çempionlar Liqasının finalını Münhenin "Alyants Arena" stadionu qəbul edəcək. Bu stadion turnirin həlledici matçına artıq 2025-ci ildə ev sahibliyi edib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью