Çempionlar Liqasının formatı dəyişdi

03.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025/2026 mövsümündən futzal üzrə UEFA Çempionlar Liqasının formatına 1/8 və 1/4 final mərhələləri daxil olacaq.

Fanat.Az xəbər verir ki, turnirin yeni formatı UEFA İcraiyyə Komitəsi tərəfindən ötən gün təsdiq edilib. 

Yeni mərhələləri özündə əks etdirən formata görə, 2025/2026 mövsümündən 16 komandanın yarışdığı elit-raund ləğv olunaraq, böyük futboldakı kimi, pley-off oyunları sistemi ilə əvəz olunacaq.

Bundan sonra mini-turnirin ev sahibləri deyil, 16 komandanın hər biri öz meydanında oynaya biləcək. Belə ki, 1/8 və 1/4 final mərhələləri iki oyundan - ev və səfərdən ibarət olacaq. Final turniri də "Final Four" formatında keçiriləcək.

Xatırladaq ki, bu mövsümün “Dördlər finalı” mayın 2-dən 4-dək Fransanın Le Mans şəhərində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью