Icma.az, Idman.biz saytına istinadən bildirir. Çempionlar Liqasında Liqa mərhələsinin IV turunun ilk günü maraqlı məqamlarla zəngin olub.
İdman.biz xəbər verir ki, İFFHS günün statistikaları ilə bağlı hesabat təqdim edib.
“Milan”a 1:3 hesabı ilə uduzan “Real”ın İtaliya klubları ilə matçlardakı 10 oyunluq qələbə seriyası qırılıb.
Bir klubun eyni ölkə təmsilçiləri ilə duelləri üçün rekord seriyadır.
2019-cu il martın 5-də “Ayaks”a 1:4 hesabı ilə uduzan “Real” sonrakı 68 ayda ilk dəfə 2 top fərqi ilə məğlub olub.
“Real” 2020-ci ilin oktyabrından sonra ilk dəfə ardıcıl 2 ev məğlubiyyəti alıb. Həmin vaxt “Kadis” 1:0, “Şaxtyor” 3:2 hesabına sevinib.
Son iki məğlubiyyətə qədər Madrid klubu 39 ev oyununda uduzmamışdı. Tiyani Reynders “Milan”dakı son 5 oyununda 4 qol vurub.
Maraqlıdır ki, o, bunadək keçirdiyi 60 matçda da eyni sayda qola imza atıb.