Çempionlar Liqasının ikiqat qalibi olmuş komanda peşəkar statusunu itirib AZƏRTAC

07.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 yanvar, AZƏRTAC

Çinin “Quançjou” futbol klubu peşəkar statusunu itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komanda maliyyə problemlərinə görə Çin Futbol Assosiasiyasından lisenziya ala bilməyib.

Qeyd edək ki, “Quançjou” , səkkizqat Çin çempiondur. Komanda iki dəfə isə Asiya Çempionlar Liqasının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью