Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasında I seçmə mərhələsinin "Hamrun Spartans" (Malta) və "Jalgiris" (Litva) komandaları arasındakı cavab matçında qapılara ümumilikdə 28 penalti zərbəsi vurulub.
Metbuat.az xəbər verir ki, görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk oyununda "Jalgiris" eyni hesabla qələbə qazandığı üçün oyun əlavə edilmiş hissələrdə davam edib. Əlavə edilmiş hissələrdə də hesab dəyişməz qaldığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Ümumilikdə 28 penaltinin vurulduğu seriyada meydan sahibi komanda 11:10 hesabı ilə qalib gələrək mərhələ adlayan tərəf olub.