Çempionlar Liqasının pley off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Vətənə qayıdıb

29.01.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə ilk dəfə vəsiqə qazanan “Qarabağ” Futbol Klubu Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin əsas mərhələsinin sonuncu turunda İngiltərədə “Liverpul” klubuna 0:6 hesabı ilə məğlub olub.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью