Çempionlar Liqasının qalibi hansı komanda olacaq? Superkompüterdən PROQNOZ

09.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Opta superkompüteri 2024/2025 Çempionlar Liqasının favoritini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Məlumata görə, superkompüter turnirin qalibi olmaq üçün ən böyük şansı Fransanın "Pari Sen-Jermen" (PSJ) komandasına verib - bu ehtimal 53,6% olaraq qiymətləndirilir. İtaliyanın "İnter" klubunun isə 46,4% şansı var.

PSJ Çempionlar Liqasının yarımfinalında Londonun "Arsenal" klubunu məğlub edib. Digər finalçı isə "Barselona"nı üstələyən İtaliyanın "İnter" komandası olub.

Çempionlar Liqasının finalı 31 may tarixində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью