Çempionlar Liqasının rekordu təkrarlandı

04.12.2024

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bavariya” Çempionlar Liqasında (ÇL) rekordlardan birini təkrarlayıb.

Almaniya klubu əsas mərhələnin 5-ci turunun ev oyununda PSJ-yə minimal hesabla qalib gəlib. Nəticədə “Bavariya” ÇL-də ev oyunlarında məğlubiyyətsiz seriyasını 33-ə çatdırıb. Bu isə turnirin ilk dəfə “Barselona”nın müəyyən etdiyi rekordunun təkrarlanması deməkdi. Münhen klubu son 33 ev oyununun 31-də qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.
Daha əvvəl “Barselona” 2009-20-ci illərdə evdə keçirdiyi 33 matçda məğlub olmayaraq rekord müəyyən edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью