Çempionlar Liqasının rəmzi komandası bəlli oldu | Icma.az
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Çempionlar Liqasının rəmzi komandasını seçib.
QOL.az xəbər verir ki, heyətdə PSJ-dən 7, "Barselona"dan 2, "Arsenal" və "İnter"dən isə 1 oyunçu yer alıb.
Qapıçı: Canluici Donnarumma (PSJ). Müdafiəçilər: Nuno Mendeş (PSJ), Alessandro Bastoni ("İnter"), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ).
Yarımmüdafiəçilər: Rafinya ("Barselona"), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Lamin Yamal ("Barselona").
Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ). Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir.
Paris klubu dünən keçirilən turnirin finalında "İnter"i 5:0 hesabı ilə məğlub edərək çempion olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu