Çempionlar Liqasının tarixində görünməmiş hadisə

02.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025/26 mövsümündə Çempionlar Liqasının bütün tarixi ərzində görünməmiş hadisə yaşana bilər.

QOL.az xəbər verir ki, növbəti mövsüm ÇL-in Liqa mərhələsində 5 komanda ilə oynamaq hüququnu artıq təmin etmiş İngiltərə yarışa əlavə - 6-cı komandanı da göndərməyə çox yaxındır.

Məsələ burasındadır ki, İngiltərənin iki klubu - "Mançester Yunayted" və "Tottenhem" dünən Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçlarında uğurlu nəticələr əldə etməklə finalın qapısını aralayıblar. 

"Mançester Yunayted" səfərdə "Atletik" Bilbaoya 3:0, "Tottenhem" isə öz meydanında "Bodo/Qlimt"ə 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, finalda iki ingilis komandasının qarşılaşma ehtimalı daha yüksəkdir.

Qaydalara əsasən, Avropa Liqasının qalibi yeni mövsümdən birbaşa Çempionlar Liqasının Liqa mərhələsində iştirak edir. Bu o deməkdir ki, kubok İngiltərəyə gedəcəyi halda yeni mövsüm bu ölkə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında mövsümün başa çatmasına 4 tur qalmış ÇL-də oynamağa imkan verən ilk 5 yeri müvafiq olaraq "Liverpul", "Arsenal", "Nyukasl", "Mançester Siti" və "Çelsi" tutur. 

"Mançester Yunayted" 14-cü, "Tottenhem" isə 16-cı pillədədir. Onlar Çempionlar Liqasına Premyer Liqa yolu ilə getmək şansını tam itiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью