Çempionlar Liqasının VI turuna 9 görüşlə yekun vurulacaq

11.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura doqquz görüşlə yekun vurulacaq.
Bizim.Media  xəbər verir ki, son oyun günündə "Atletiko Madrid" "Slovan Bratislava"nı, "Lill" isə "Şturm Qraz"ı doğma meydanda Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Gecənin digər maraqlı görüşlərində "Milan" "Srvena Zvezda"nı, "Arsenal" "Monako"nu, "Benfika" "Bolonya"nı, "Borussiya Dortmund" "Barselona"nı, "Feyenoord" "Sparta Praqa"nı, "Yuventus" "Mançester Siti"ni, "Ştutqart" isə "Yanq Boyz"u sınağa çəkəcək.
Qeyd edək ki, görüşlər gecəyarısı saat 00:00-da keçiriləcək.

11 dekabr

UEFA Çempionlar Liqası

VI tur

Saat 21:45, "Atletiko Madrid" - "Slovan Bratislava";

Saat 21:45, "Lill" - "Şturm Qraz";

Saat 00:00, "Milan" - "Srvena Zvezda";

Saat 00:00, "Arsenal" - "Monako";

Saat 00:00, "Benfika" - "Bolonya";

Saat 00:00, "Borussiya Dortmund" - "Barselona";

Saat 00:00, "Feyenoord" - "Sparta Praqa";

Saat 00:00, "Yuventus" - "Mançester Siti";

Saat 00:00, "Ştutqart" - "Yanq Boyz".


Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью