Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, "Tottenhem" və "Mançester Yunayted" Avropa Liqasının finalında rəqib olublar.
Apasport.az xəbər verir ki, hər iki komandanın Premyer Liqada Çempionlar Liqası zonasına düşmək şansı yoxdur.
Bu səbəblə yeni mövsümdə Çempionlar Liqasında 6 komanda iştirak edəcək.
Daxili çempionatda "Liverpul"un ÇL-ə vəsiqə qazandığı dəqiqləşib. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır. Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.
Qeyd edək ki, Avropa Liqasının finalında qələbə qazanan komanda yeni mövsümdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edəcək.
Avropa Liqasında ingilis finalı - YENİLƏNİB Avroliqa matçları bu kanallarda Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək PSJ "Arsenal"ı belə məğlub etdi - VİDEO ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb