futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Paraqvay millisinin qapıçısı Orlando Gil DÇ-2026-da Almaniyaya qalib gəldikləri pley-off oyunundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, qolkiper FIFA-nın saytına açıqlamasında bunları deyib:
“İnanılmaz hisslər yaşayırıq. Çətin oyun oldu. Hesabı açdıq, rəqib bərabərləşdirdi. Bundan sonra çox təzyiqlə üzləşdik, amma dözə bildik.
1/8 finala adladığımız üçün qürurluyuq. Çempionları nokaut etdik”.
Paraqvay 1/8 finalda Fransa – İsveç cütünün qalibi ilə qarşılaşacaq.