Çempionluğa iddialı klubda yeni baş məşqçi SON DƏQİQƏ

29.11.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Səbail"in yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Elvin Məmmədovla vidalaşan Bayıl təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq.

O, ən azı mövsümün sonunadək "dənizçilər"in sükanı arxasında dayanacaq.

Şükürov son olaraq "Kəpəz"də işləyib. İyun-oktyabr ayları ərzində Gəncə klubunda fəaliyyət göstərib və uğursuz nəticələr üzündən istefaya göndərilib.

Elə gəldiyi "Səbail"də də vəziyyət yaxşı deyil. Son turda «Cəbrayıl»a 0:2 hesabıyla uduzan komanda çempionluq yolunda ağır zərbə alıb.

"Dənizçilər" hazırda I Liqada lider "Şəfa"dan 5 xal geridədir. Elvin Məmmədovun baş məşqçi postundan getməsi də buna görədir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью