Çempionluq paradında 670 min insan iştirak edib

17.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Dünən, "Barselona" təmsil etdiyi şəhərin küçələrində çempionluq paradı keçirib. Sport24.az RTVE-yə istinadən xəbər verir ki, cari mövsümdə 3 kubok qazanan komandanın zəfər yürüşündə 670 min insan iştirak edib.

Qeyd edək ki, La Liqanın sonuna 2 tur qalmış "Barselona" "Espanyol"u məğlub etməklə (2:0) "qızıl"ı təmin edib. Kataloniyalılar bundan əvvəl İspaniya kubokunu və İspaniya Superkubokunu qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью