Icma.az, Sia Az portalına istinadən məlumat verir. Hindistanın Banqalor şəhərində "Royal Challengers" kriket klubunun çempionluq mərasimi za
SİA xəbər verir ki, tədbir zamanı yaranan izdihamda ən azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Bu barədə AP məlumat yayıb.
On minlərlə azarkeş, "Royal Challengers"in Hindistan Premyer Liqasındakı ilk uğurunu qeyd etmək üçün stadionun kənarına toplaşıb.
İzdiham stadionun qapılarından birini sındırmağa və tədbirə qoşulmaq üçün içəri girməyə çalışıb. Hadisə də bu zaman baş verib.
Zərərçəkənlərin əksəriyyətinin vəziyyəti stabildir və onlar ambulator müalicə alırlar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.