Çempionluq yarışında 5ci görüş İdman və Biz

30.11.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sinqapurda şahmat üzrə 2024-cü il dünya çempionu adı uğrunda görüş davam edir.

İdman.biz xəbər verir ki, planetin ən yaxşı şahmatçısı adı uğrunda hazırkı dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommaraju (Hindistan) mübarizə aparır.

Rəqiblərin beşinci oyunu da heç-heçə (0,5:0,5) başa çatıb.
Ağlarla oynayan 18 yaşlı hindistanlı qrossmeyster debütdən çıxışda rəqibinə ciddi çətinlik yarada bilməyib. Üstəlik, ehtiyatsız hərəkət edərək Dinq Lirenə hücum etmək imkanı verib. Elə çinli qrossmeyster də qüsursuz oynamayıb. Mövqe sadələşib və 40-cı gedişdən sonra heç-heçə qeydə alınıb.

Qeyd edək ki, qarşılaşmada ümumi hesab 2,5-2,5 xaldır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью