Çempionşipdə ilin ən yaxşı gənc oyunçusu Vulverhempton a keçib

20.08.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Renn"in yarımmüdafiəçisi Cordan Ceyms icarə əsasında "Vulverhempton"a keçib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Müqavilənin müddəti bir mövsümlükdür. "Canavarlar" gələn yay futbolçunu transfer etmək hüququna da malikdir. 

Qeyd edək ki, 22 yaşlı uelsli ötən mövsüm icarə əsasında "Lester"in formasını geyinib və Çempionşipdə ilin ən yaxşı gənc oyunçusu seçilib. O, 34 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью