Çempionşipin ən çox qol vuran oyunçusu klubunu dəyişdi

03.02.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Çempionşipin ən çox qol vuran oyunçusu klubunu dəyişdi

İngiltərədə Premyer Liqa klubu "Vulverhempton" transfer pəncərəsinin son günündə hücum xəttini gücləndirib.

QOL.az verir ki, klub Çempionşip təmsilçisi "Sauthempton"un forvardı Adam Armstronqla müqavilə imzalayıb. 28 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər razılıq əldə olunub. Bu keçid üçün "Vulverhempton" 8,1 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Armstronq cari mövsümdə klub səviyyəsində keçirdiyi 32 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Vulverhempton"un turnir vəziyyəti olduqca kritikdir. Komanda 24 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb. Premyer Liqada yerini qorumaq üçün komanda ciddi xal fərqini aradan qaldırmalıdır. Qeyd edək ki, hazırda 17-ci pillədə yer alan "Nottinqem Forest"in 26 xalı var. Digər rəqiblər "Vest Hem" 20, "Börnli" isə 15 xala malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью