Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
II Liqada mübarizə aparacaq “Marafon” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, sözügedən klub “Xankəndi”dən ayrılan Hüseyn Hüseynlini transfer edib. Yarımmüdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.
Hüseynli ötən mövsüm “Xankəndi” ilə II Liqada çempion olub.