Cəmşid Əmirov: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir

04.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Türkiyənin Kahramanmaraş vilayətində "Azərbaycan" məhəlləsinin inşası çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının, eyni zamanda, ümumilikdə 26 binadan ibarət 4 yaşayış məhəlləsinin tikintisi tam başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir.

Fotoqraf - Orxan Kərimov

Videooperator - Ceyhun Musatafayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью