Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi təkcə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli səviyyəli əməkdaşlıdan, dost-qardaş münasibətlərindən irəli gəlmir. Bu eyni zamanda Cənab İlham Əliyevin güclü siyasi lider keyfiyyətləri, uğurla həyata keçirdiyi daxili və xarici siyasət, bu siyasət nəticəsində Azərbaycanın təkcə regionun deyil, həmçinin dünyanın aparıcı ölkələrindən birinə çevrilməsinə verilən qiymətdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, Azərbaycan multicultural, dini dözümlülük nümayiş etdirən ölkədir, dövlətin dini və etnik siyasətində bu istiqamət prioritet hesab edilib. Ölkəmizdə nə dini baxışları, nə də etnik mənsubluğuna görə heç kimə hansısa formada təzyiq edilmir, hər bir dinin nümayəndəsi ölkədə azad, sərbəst şəkildə öz dini ibadətlərini həyata keçirə bilir. Bununla yanaşı Azərbaycan dövləti ölkə ərazisində müxtəlif dinlərə məxsus olan abidələri, ibadət məkanlarını da mühafizə edir, onları lazım gəldikdə yenidən qurur, təmirinə vəsait ayırır. Qarabağ problem mövcud olduğu dövrdə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində bütün tarixi, mədəni, dini abidələri dağıdıb məscidləri donuz tövləsinə çevirdiyi halda, Azərbaycan isə öz siyasətinə sadiq qalaraq Bakıdakı erməni kilsəsini mühafizə edib. Təbii ki, bütün bunlar beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən diqqətlə izlənilir, təqdir olunur və qiymətləndirilir”.
Deputat qeyd edib ki, İlham Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsini şərtləndirən digər bir amil isə dövlət başçısının sülh tərəfdarı olması ilə bağlıdır. İlham Məmmədovun sözlərinə görə, Cənab İlham Əliyev hər zaman sülhdən yana olub, istənilən regionlarda mövcud olan problemlərin sülh yolu ilə həllinə üstünlük verib:
“44 günlük Vətən müharibəsindən əldə etdiyimiz tarixi Zəfər və Azərbaycan tərəfinin qalib ölkə olmasına baxmayaraq Cənab İlham Əliyev yenə də sülh üçün çalışır, Ermənistanla qısa bir zaman ərzində sülh müqaviləsinin imzalanmasını istəyir, bu istiqamətdə təşəbbüs göstərir. Bütün sadaladığımız amillər Azərbaycan liderinin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsini şərtləndirən amillərdəndir. Bir sözlə Cənab İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsini şərtləndirən amillər kifayt qədərdir”.
Süleyman