Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq. “Şuşa Qlobal Media Forumunda vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı oldu.
Cənab Prezident bu dəhlizin regionda sülhə, iqtisadi inkişafa töhfə verməklə yanaşı, bir çox ölkələri birləşdirən bir körpü olacağını da dedi.
Prezident bildirdi ki, həm dəmir yolu, həm avtomobil yolunun keçəcəyi dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini nəzərdə tutmur, həm də özündə Orta dəhlizin və eləcə də Şimal-Cənub dəhlizinin vacib komponentini birləşdirən beynəlxalq tranzit dəhlizini ehtiva edir.
Azərbaycan olaraq bu istiqamətdə xeyli işlər görüldüyü məlumdur”. Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə sərmayə qoyub və qoymaqda davam edir: “Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib.
Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib.
Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır.
Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir.