Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Cənab prezident İlham Əliyevin güclü siyasi kursu sayəsində qərbi azərbaycanlıların təhlükəsiz şəraitdə qayıdışı tezliklə reallaşacaq" - DE Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərmişdir.
Bu dövrlərdə törədilən cinayətlərdə Çar Rusiyası, sonradan isə Sovet İttifaqı rəhbərliyi böyük rol oynamışdır.
Ermənilərin söz sahibi olduğu o zamankı SSRİ rəhbərliyi Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi əraziləri Ermənistana vermiş və yüz minlərlə azərbaycanlının məcburi deportasiyasına dair qərarlar qəbul etmişdir.
1987-ci ilin noyabr ayında Ermənistan SSR-nin müxtəlif bölgələrindən qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması, 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi.
Bu deportasiya dalğası zamanı azərbaycanlılar zorla yurdlarından çıxarılmış, evləri talan edilmiş, kəndlər boşaldılmış və çoxu fiziki zorakılığa məruz qalmışdır.
Ermənistan rəhbərliyinin himayəsi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.
Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilmədilər.