Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin usta teatr sənətçisi Haldun Dormenin vida mərasimində tanınmış aktyor Halit Ergenç xoşagəlməz hadisə ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bu gün təşkil olunan mərasim zamanı bəzi şəxslər aktyorla şəkil çəkdirmək üçün növbəyə düzülüblər.
H. Ergenç isə mühitə hörmət əlaməti olaraq bu təklifləri geri çevirib. Aktyorun “Cənazədəyik, bura yeri deyil” deməsinə baxmayaraq, insanların israrla şəkil çəkdirməyə çalışması həm Ergençin, həm də ətrafdakıların narazılığına səbəb olub.
Sosial şəbəkələrdə geniş müzakirə olunan görüntülər istifadəçilər tərəfindən kəskin tənqid edilib.
Qeyd edək ki, 97 yaşında vəfat edən H. Dormen elə həmin gün Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılıb.