Cənazələr Bakıda ekspertiza olunacaq

29.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

“Bakıya gətirilmiş 24 nəfərin cənazəsi xüsusi ayrılmış avtomobillərlə Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakıdakı 3 şöbəsinə aparılacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu birliyin sədri Ədalət Həsənov açıqlamasında deyib.

O bildirib ki, cənazələr prokurorluğun müvafiq qərarı ilə ekspertizadan keçiriləcək və daha sonra aidiyyəti üzrə təhvil veriləcək:

“Cənazələr müəyyən edilmiş xüsusi avtomobillərlə bu gün dəfn ediləcəkləri yerlərə aparılacaqlar” , - Ə.Həsənov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью