Cənazələr Bakıya gətirildi YENİLƏNİB

28.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya səmasında vurulduqdan sonra Aktauda qəza enişi edən AZAL-a məxsus təyyarədə həlak olmuş daha 24 nəfərin cənazəsi Azərbaycana gətirilir.

“Qafqazinfo” xəbər verir ki, cənazələri gətirən təyyarə Aktau hava limanından yola salınıb. Hava gəmisinin təxminən bir saat sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. 

Həlak olan həmyerlilərimizin nəşlərinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib.

***

Cənazələri gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью