Cenevrədə ABŞ və Ukrayna arasında danışıqlar KEÇİRİLİR

26.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Cenevrədə Ukrayna nümayəndə heyəti ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında görüş keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov "X" hesabın məlumat paylaşıb.
 

“Bu gün Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşündə Ukraynanın bərpası mexanizmləri, Rusiya Federasiyası ilə üçtərəfli görüşə hazırlıq və əsir mübadiləsi müzakirə olunacaq”, – Umerov bildirib.


Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinə Umerovdan əlavə Araxamiya, Sobolev və iqtisadiyyat nazirinin müavini Marçak daxildir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью