Cenevrədə İranla Avropa ölkələri arasında danışıqlar keçirilir

20.06.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cenevrədə İranla Avropa ölkələri arasında danışıqlar keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

İran Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda bu gün Cenevrədə Avropa ölkələri - Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparır.

İclasda İranı xarici işlər naziri Abbas Əraqçi, Avropa nümayəndə heyətini isə adıçəkilən ölkələrin XİN rəhbərləri təmsil edir.

Bundan əlavə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da danışıqlarda iştirak edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью