Cenevrədə “sülh planı” üzrə ABŞ Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb

24.11.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cenevrədə Amerika administrasiyasının Kiyevə təhvil verdiyi "sülh planı" üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb. Müzakirələrdə irəliləyişin əldə edildiyi bildirilir.

Bu barədə "Report" "Sky News" və "Reuters"ə istinadən xəbər verir.

Danışıqların iki yerdə keçirilməsi planlaşdırılırdı: "InterContinental" otelində (ilkin müzakirələr) və ABŞ-nin İsveçrədəki missiyasının binasında (rəsmi müzakirələr). Nümayəndə heyətləri hazırda qapalı qapılar arxasında görüşürlər.

"Reuters" agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ilkin danışıqlar məhsuldar və hətta inandırıcı olub. Rəsmi həmçinin bildirib ki, onlar bəzi sahələrdə razılaşmalarla başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью