Cengiz Ünder “Fənərbağça”dan gedir

05.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin “Fənərbağça” klubunda sürpriz bir ayrılıq yaşanacaq.

“Cebheinfo.az” xəbər verir ki, Cengiz Ünder klubdan ayrılacaq.

Belə ki, türkiyəli ulduz baş məşqçi Joze Mourinyonun planlarında yer almır. Zədələr səbəbilə uzun müddət meydanlardan uzaq qalan 27 yaşlı futbolçunun satılmasına qərar verilib. Cengizin yanvar ayında komandadan ayrılması gözlənilir. 

Qeyd edək ki, ötən mövsüm “Marsel” klubundan 15 milyon avroya transfer edilən Cengiz Ünder bu mövsüm cəmi 3 matçda 99 dəqiqə meydana çıxıb. O, bu oyunlarda qol vurmayıb və ya məhsuldar ötürmə etməyib.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью