Ceniffer gəldi: regionda iki ölkəyə hücum olacaq! Adamyan

05.08.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qazaxıstan və Ermənistan da Ukraynanın taleyini bölüşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Azat Adamyan deyib.

O iddia edib ki, amerikalı müğənni Ceniffer Lopezin Qazaxıstan və Ermənistana səfəri fəlakət anonsu hesab oluna bilər:

“Dünən İrəvanda, bir neçə gün əvvəl isə Astanada eyni şəxsin (Ceniffer Lopezin – red.) verdiyi sınaq konserti də bundan ibarət idi. Hər iki “elita” gələcək fəlakətlərlə bağlı həmrəyliklərini ifadə etdilər. Bütün bunlar sui-qəsddir, fəlakət artıq qapımızı döyür”.

Qeyd edək ki, C.Lopez ötən gün Ermənistanın paytaxtı İrəvanda, bir neçə gün əvvəl isə Qazaxıstanın paytaxtı Astanada konsert verib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью