Çənində 200 litrdən çox yanacaq olan avtomobillər bu ölkəyə buraxılmayacaq

28.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Litva Rusiya və Belarusdan çənlərində 200 litrdən çox yanacaq olan nəqliyyat vasitələrinin girişini qadağan edib.

"Unikal" xəbər verir ki, ölkənin Gömrük Departamentinin məlumatına görə, sərhədi keçdikdən sonra çənlərdəki "artıq yanacaq" "satış üçün boşaldılır". Buna görə də, departament 200 litr yanacaq doldurma limiti müəyyən edib.

Departament hesablayıb ki, orta hesabla gündə Rusiya və Belarusda qeydiyyatdan keçmiş təxminən 200 yük maşını Litvaya daxil olur. Əgər hər belə yük maşınından 500 litr dizel yanacağı boşaldılsa, ölkə hər ay ödənilməmiş vergilərdən 2,2 milyon avro itirəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью