Cenk Köln ə transfer olunub

12.08.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın “Köln” Türkiyə millisinin futbolçusu Cenk Özkacarı İspaniyanın “Valensiya” klubundan icarəyə götürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bu barədə açıqlama verib:

"Türkiyəli müdafiəçi bu mövsüm Bundesliqa komandasında çıxış edəcək və icarə müddətinin sonunda satın almaq opsiyasına sahib olacaq."

24 yaşlı müdafiəçi "Valensiya" komandası ilə 46 matçda meydana çıxmaq şansı qazanıb.

Fərid

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью