Cenk Tosun İstanbulda klubunu dəyişə bilər

08.02.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbaxça"nın hücumçusu Cenk Tosun İstanbulda klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Kasımpaşa" 33 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Komandanın baş məşqçisi Burak Yılmaz rəhbərlikdən Cenkin transferini istəyib. "Kasımpaşa" türk forvard üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Cenk Tosun mövsümün əvvəlində "Beşiktaş"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Fənərbaxça"ya qoşulub. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью