Cenk Tosun Yaponiya yolunda: İcarəyə verildi

14.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Fənərbağça" Cenk Tosunun Yaponiyanın "Urava Red Diamonds" komandasına transferi üçün razılığa gəlib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandalar hərtərəfli razılaşıb.

Klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək keçiriləcək. Cenk Tosunun icarə müqaviləsi bu turnirin sonuna qədər qüvvədə olacaq.

Xatırladaq ki, bu mövsüm cəmi 17 matça çıxan Cenk Tosun ümumilikdə  283 dəqiqə meydanda olub, 2 qol1 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Fərid ASLAN

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью