Cenk Tosunun Fənərbağça dan ayrılmasına Ceko MANE OLDU

26.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Fənərbağça"nın hücumçusu Cenk Tosunun yeni mövsümdən karyerasını icarə əsasında Yaponiyanın "Urava" klubunda davam etdirmək planları pozulub.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Fənərbağça" Türkiyə millisinin sabiq hücumçusunu icarəyə göndərməkdən imtina edib. Edin Cekonun gözlənilməz zədəsi İstanbul təmsilçisini belə bir addım atmağa vadar edib.

Qeyd edək ki, E.Ceko Bosniya və Herseqovina millisinin heyətində burnu qırılıb.

Xatırladaq ki, bu mövsüm "Fənərbağça"da 17 matça çıxan 33 yaşlı C.Tosun, iki qol, bir asistlə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью