Cenk Tosunun yeni klubu bəlli oldu

07.07.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbağça"dan ayrılan Cenk Tosunun yeni klubu məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  azad agent statusunda olan 35 yaşlı hücumçu "Fatih Karagümrük"lə anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Təcrübəli forvard yaxın günlərdə I Liqada mübarizə aparan İstanbul klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Cenk Tosun 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Kasımpaşa"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью