Cenk Tosunun yeni klubu rəsmiləşdi

16.01.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Cenk Tosunun yeni klubu rəsmiləşdi

"Fənərbaxça"da heyətdən kənarlaşdırılan Cenk Tosunun "Kasımpaşa"ya keçidi rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Cenk Tosun 2024-cü ilin yayında "Beşiktaş"dan ayrılaraq "Fənərbaxça"ya keçmişdi. O, ötən ilin oktyabr ayında baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.

Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu "Kasımpaşa" daha əvvəl "Fənərbaxça"nın digər ulduzu İrfan Can Kahvecini icarəyə götürmüşdü. Türkiyə mətbuatında "Fənərbaxça"nın braziliyalı müdafiəçisi Bekaonun da mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"nın formasını geyinəcəyi haqda xəbərlər yazılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью