Cennaro Qattuzo canlı edirdə teleaparıcı ilə mübahisə edib

18.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Hajduk"un baş məşqçisi Cennaro Qattuzo komandasının Xorvatiya çempionatında "Riyeka" ilə oyununda məğlubiyyətindən (0:3) sonra canlı yayımda xorvatiyalı teleaparıcı ilə mübahisə edib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qattuzo söhbətə başlamazdan əvvəl ekspertin əlini sıxmaqdan imtina edib, bundan sonra onlar ingilis, ispan və italyan dillərində mübahisə etməyə başlayıblar:

"Mən sənin əlini sıxmayacağam, çünki çox danışırsan. Çox danışırsan və insanlara hörmət etmirsən. Özün də futbol oynamısan, ona görə də vəziyyəti başa düşürsən. Həmişə çox pis danışırsan. Mən sənə hörmət etmirəm".

Qeyd edək ki, "Hayduk" hazırda Xorvatiya çempionatının turnir cədvəlində ikinci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью