Cennaro Qattuzo millinin baş məşqçisi ola bilər

11.06.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Milan”ın və İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo millinin baş məşqçisi ola bilər.

İdmanxeber.az-ın məlumatına görə,  47 mütəxəssisin adı namizədlər arasındadır. İtaliya millisinin sabiq futbolçusunun son iş yeri iyunun əvvəlində tərk etdiyi “Hayduk” olub.

Bundan əvvəl Qattuzo “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Piza”, Yunanıstanın OFI, “Palermo” və İsveçrənin “Sion” klublarını çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью