“Cənnət yuxusu” filmi təqdim olundu FOTO

11.03.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Heydər Əliyev Mərkəzində “Cənnət yuxusu” (Mirzə Qədim İrəvani-200) bədii-sənədli filminin təqdimatı keçirilib.

Gununsesi.info xəbər verir ki, film XIX əsrdə yaşamış görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidən bəhs edir.

Ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində istehsal olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью