Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikalı müğənni və aktrisa Cennifer Lopez son ayrılığından iki il sonra sevgi haqqında düşüncələrini bölüşüb.
“Cebheinfo.az” xəbər verir ki, 57 yaşlı Lopez yeni mahnısı “Proof of Love” (“Sevginin sübutu”) haqqında danışıb.
Aktyor Ben Afflekdən iki il əvvəl ayrılan və ötən ilin əvvəlində rəsmi şəkildə boşanan müğənni sevgi ilə bağlı fikirlərini bölüşərək deyib:
“Sevginin sübutunu hər yerdə tapa bilərsiniz. Lakin əslində bu sübutu öz daxilinizdə axtarmalısınız”.
Bundan başqa, Lopez əkiz övladlarının universitetdə təhsil almaq üçün evdən ayrılmasından sonra yaranan boşluq hissini studiyada mahnı oxumaqla doldurduğunu bildirib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin