Cennifer Lopez Antalya konserti üçün həyəcanlıdır

10.07.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı müğənni Cennifer Lopez Türkiyədəki konserti öncəsi videosu ilə pərəstişkarlarına müraciət edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lopez Antalya konserti üçün həyəcanını dilə gətirib.

Doğum gününü Türkiyədə qeyd etməyə hazırlaşan Cennifer Lopez Antalya konsertindən əvvəl video paylaşıb.

Pərəstişkarlarına müraciət edən Lopez doğum günündən bir gün əvvəl Antalyada çıxış edəcəyi üçün həyəcanını dilə gətirib. Cennifer Lopez "Up All Night Live in 2025" turu çərçivəsində 6 ildən sonra ilk dəfə olaraq iyulun 23-də Antalyaya, 5 avqustda isə İstanbula qayıdacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью