Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. P.
Diddi kimi tanınan amerikalı reper Şon Kombs etiraf edib ki, o, məşhur müğənni Cennifer Lopezlə münasibətinə görə sonda psixoterapevtə müraciət etməli olub.
Reyting.az xəbər verir ki, Hollivudda, həmçinin ətraf çevrələrdə artıq bir çox kişilərin Lopezlə münasibət qurmaq istədiyini düşünəndə belə, həmin şəxslərin necə dəhşətli qorxu yaşadıqları barədə hətta əfsanələr yaranır.
Yayılmış söz-söhbətlərə görə, kino ulduzu, aktyor Ben Afflekdən ayrıldıqdan sonra məşhur müğənni Hollivudun arzuolunmaz subay statusunu qazanıb.
Ehtimal olunur ki, elə bu səbəbdən də pop-diva Lopezlə hətta minimal əlaqənin belə onların nüfuzuna xələl gətirəcəyindən çox qorxan kişilərin əksəriyyəti dəhşət içində ondan qaçırlar.
Cenniferlə mübahisələr içində keçən belə münasibətlərdən sonra Lopezə görə ciddi sarsıntı yaşayan və psixoloji yardım üçün müraciət edən Kombs yaxınlarına deyib ki, o, hələ də özünə gələ bilmir.
Lakin baş verənlərdən sonra müğənninin növbəti qurbanı sayılan amerikalı reper Şon Kombs Lopezdən birdəfəlik və heç bir münasibətə girmədən tamamilə qurtulmaq üçün psixoterapevtə müraciət etsə də, Lopez yenə onu rahat buraxmaq istəməyib.
Kombs etiraf edib ki, o, əvvəl məşhur müğənni ilə münasibətinə son verib Lopezdən tam uzaqlaşmaqda çox çətinlik çəkib və buna görə də reper ilk dəfə olaraq kənardan kömək istəmək məcburiyyətində qalıb.