Cennifer Lopez və Ben Afflek rəsmən boşandılar

07.01.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez və Hollivud akryoru Ben Afflek
rəsmi olaraq boşanıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
 

Məhkəmənin qərarı Lopezin avqustun 20-də boşanmaq üçün ərizə verdikdən təxminən 20 həftə sonra verilib.


“CBS News”un məlumatına görə, cütlük uzun sürən məhkəmə prosesləri olmadan boşanma ilə bağlı maliyyə məsələlərində razılığa gəlib.
Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2022-ci ildə evləniblər. Ben Afflek 2005-2018-ci illərdə aktrisa Cennifer Qarnerlə evli olub. Cennifer Lopez üçün Affleklə evlilik ardıcıl olaraq dördüncü olub. Lopezin üçüncü əri Mark Entonidən iki övladı var.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью