Cenniferin 5 milyon dollarlıq üzüyünün aqibəti bəlli oldu

10.01.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Cennifer Lopezin 5 milyon dollarlıq nişan üzüyünün taleyi bəlli olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, aktyor Ben Afflekin Lopezə hədiyyə etdiyi 8,5 karatlıq yaşıl brilyant üzük müğənnidə qalıb. 

“Münasibətləri bitsə belə, hədiyyəni qaytarmağa borclu deyil. Üstəlik, Ben onun Cenniferdə qalmasına etiraz etmir”, - ndeyə müğənniyə yaxın mənbə bildirib.

Cennifer Lopez və Ben Afflek ötən gün rəsmən boşanıblar. Məhkəmənin qərarı Lopezin avqustun 20-də boşanmaq üçün ərizə verdikdən təxminən 20 həftə sonra verilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью