Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Bernli" klubu 37 yaşlı ispan Dieqo Lopesin yeni idman direktoru təyin edib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
O, klubun futbol əməliyyatlarına, transfer siyasətinə və idman strukturunun inkişafına cavabdeh olacaq.
Lopes klubun tam potensialını üzə çıxarmaq əzmində olduğunu bildirib və qarşıya qoyulan məqsədlərə çatmaq üçün kollektiv səylərin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Lopes bundan əvvəl İtaliya təmsilçisi"Cenoa"nın futbol direktoru vəzifəsində çalışıb.