“Cenoa” Stefan El Şaaravini geri qaytarır

02.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliya klubu Stefan El-Şaaravinin transferi ilə bağlı razılığa gəlib.

Tərəflər arasında müqavilənin şərtləri razılaşdırılıb və futbolçu “Cenoa”ya qayıtmağa hazırdır.

İdman.Biz xəbər verir ki, razılaşmaya əsasən, hücumçu ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanacaq. Sözləşmə bir il üçün nəzərdə tutulub və daha bir mövsümlük uzatma bəndini ehtiva edir.

El-Şaaravi “Roma” ilə müqaviləsinin başa çatmasından sonra azad agent statusu əldə edib. “Cenoa” ilə danışıqlar yekun mərhələyə çatıb və razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.

33 yaşlı futbolçu “Cenoa”nın yetirməsidir və məhz bu klubda peşəkar karyerasına başlayıb. O, 2008-ci ildə komandanın heyətində A Seriyasında debüt edib. Daha sonra “Milan”, “Monako”, “Roma” və “Şanxay Şenxua” kimi klublarda çıxış edib.

El Şaaravinin “Cenoa”ya qayıdışında klubun baş məşqçisi Daniele De Rossinin də rolu böyükdür. İtaliya millisində və “Roma”da birlikdə çıxış etmiş futbolçular indi yenidən bir araya gələcəklər, lakin bu dəfə De Rossi məşqçi, El Şaaravi isə futbolçu kimi.

İtaliya mətbuatının məlumatına görə, tərəflər bütün müqavilə detalları üzrə razılığa gəliblər və El-Şaaravinin “Cenoa” ilə 2028-ci ilin yayına qədər müqavilə imzalaması gözlənilir.

“Cenoa”nın rəsmi rəngləri olan qırmızı-mavi formada El-Şaaravinin 16 ildən sonra yenidən meydana çıxması gözlənilir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью