Icma.az, Marja.az portalına istinadən məlumat verir.
Nvidia-nın həmtəsisçisi və keçmiş baş direktoru Censen Huanq (Jensen Huang) istefasından sonra ilk açıqlamasında şirkətə qayıtmağa hazır olduğunu bildirib. O, bu qərarın direktorlar şurasından asılı olduğunu vurğulayıb.
Marja.az xəbər verir ki, Huang yazılı açıqlamasında səhvlərinə görə məsuliyyəti üzərinə götürdüyünü və direktorlar şurasının başlatdığı müstəqil araşdırma ilə əməkdaşlıq edəcəyini bildirib.
“Direktorlar şurası qayıdışımın səhmdarlarımızın, əməkdaşlarımızın, şirkətin və Amerikanın maraqlarına uyğun olduğuna qərar verərsə, bu çağırışlara cavab vermək və baş direktor vəzifəsinə qayıtmaq mənim üçün şərəf olar”, – Huang qeyd edib.
Huangın qayıdışı müzakirə olunmur
Mənbələrin sözlərinə görə, Nvidia-nın direktorlar şurası Huangın baş direktor vəzifəsinə qaytarılmasını nəzərdən keçirmir. Şura cümə günü yeni baş direktorun axtarışı üçün ixtisaslaşmış şirkət seçdiyini deyil, seçim prosesinin davam etdiyini açıqlayıb.
Texnologiya sektorunda Huangın geri qayıtmasına çağırışlar səslənib. Onun yenidən baş direktor təyin edilməsini tələb edən onlayn petisiya 180 mindən çox imza toplayıb. ABŞ Prezidenti Donald Tramp da bazar ertəsi Huangın vəzifəyə qayıtması ehtimalına müsbət yanaşdığını bildirib.
Nvidia araşdırma üçün Wachtell Lipton-u cəlb edib
Nvidia-ya 33 il rəhbərlik edən Huang ötən həftə istefa verib. İstefa onun nikahdankənar münasibətdə olduğunu etiraf etməsindən bir neçə gün sonra baş verib. Mediada sözügedən münasibətin Nvidia-nın müştərilərindən birində çalışmış və Çin kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən Alice Huangla olduğu yazılıb.
Nvidia Huangın davranışını və bunun ABŞ-ın milli təhlükəsizliyinə və ya şirkətin məxfi məlumatlarına xələl gətirib-gətirmədiyini araşdırmaq üçün Wachtell Lipton hüquq firmasını cəlb edib.
Nvidia-nın maliyyə ilinin üçüncü rübü üzrə nəticələrini noyabrın 17-də açıqlaması gözlənilir.